Yaponiyanın Azərbaycandakı səfirinin müavini BAMF-də olub

Yaponiyanın Azərbaycandakı səfirinin müavini BAMF-də olub
# 16 dekabr 2009 12:18 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın Azərbaycandakı səfirinin müavini Toshikazu Muto Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. BAMF-nin İnformasiya
Departamentindən APA-ya verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə reallaşan görüşdə Toshikazu Muto fondun fəaliyyəti ilə maraqlanıb. BAMF-nin sədri Umud Rəhimoğlu və qurumun beynəlxalq məsləhətçisi Lütfül Kabir qonağa təşkilat haqqında məlumat veriblər. L.Kabir BAMF-nin fəaliyyət istiqamətindən və həyata keçirdiyi layihələrdən də danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR