Bank Of Baku

Türk Dünyası Mətbuat Birliyinin yaradılması ilə bağlı Memorandum imzalanıb

Türk Dünyası Mətbuat Birliyinin yaradılması ilə bağlı Memorandum imzalanıb
# 16 dekabr 2009 16:43 (UTC +04:00)
Bakı – APA. Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və ŞKTC-nin mətbuat qurumunun sədri Sevda Tapkınar anlaşma Memorandumu imzalayıblar.

Elçin Mirzəbəyli APA-ya bildirib ki, anlaşmada Türk Dünyası Mətbuat Birliyinin yaradılması nəzərdə tutulur.

Məqsəd türk dünyası jurnalistlərinin gələn ilin may ayına kimi bir araya gəlməsini təmin etməkdir.

2010-cu ilin mayında Türk Dünyası Mətbuat Birliyinin qurultayının keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR