Bank Of Baku

Türkiyənin aparıcı KİV təmsilçiləri Ermənistana səfər edib

Türkiyənin aparıcı KİV təmsilçiləri Ermənistana səfər edib
# 17 dekabr 2009 10:43 (UTC +04:00)
İrəvan-APA. Avrasiya Əməkdaşlıq Fondu və Qlobal Siyasi Tendensiyalar Mərkəzi İrəvanda Türkiyə və Ermənistan jurnalistlərinin görüşünü təşkil ediblər. APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, dekabrın 20-dək davam edəcək tədbiri Norveç hökuməti və USAİD maliyyələşdirir. Görüşə CNN Turk və NTV telekanalının, “Milliyyət”, “Sabah”, “Hürriyyət”, “Cümhuriyyət” və “Axşam” qəzetlərinin təmsilçiləri qatılıb. Qeyd edək ki, ilk belə görüş oktyabrın 13-14-də Bursada keçirilib. Görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, kütləvi informasiya vasitələrinin bu prosesə müsbət təsiri məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR