Bank Of Baku

Yevlaxda mətbuata həsr olunmuş regional konfrans keçirilib – YENİLƏNİB - FOTOSESSİYA

Yevlaxda mətbuata həsr olunmuş regional konfrans keçirilib – <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 21 dekabr 2009 09:26 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Yevlaxda “Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar, müasir tendensiyalar” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Dövlət Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, həmçinin ölkənin digər aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, regional televiziya-radio, qəzet və jurnalların əməkdaşları, eləcə də bir sıra dövlət və hökumət nümayəndələrinin iştirak edib. Konfransda “Regionlarda ilk mənbədən informasiya əldə etmək sahəsindəki vəziyyət, qanunvericilik, təcrübə və yeni təmayüllər”, “Regional televiziya və radioların qloballaşma və konvergensiya şəraitinə uyğunlaşdırılması”, “Hüquq-mühafizə orqanları və regional KİV-lər: operativlik, obyektivlik və qarşılıqlı məsuliyyət”, “Əyalət həyatının Azərbaycan mediasında təsviri (təsviri və janr xüsusiyyətləri)”, “Regional kütləvi informasiya vasitələrinin iqtisadi durumu və menecmentlik” mövzularında müzakirələr aparılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir tədbirin məhz Yevlaxda keçirilməsinə görə təşəkkürünü bildirib. Yevlaxda regional televiziya və müstəqil “Kür” qəzetinin fəaliyyət göstərdiyini qeyd edən icra başçısı onların bina ilə təchiz olunduğunu deyib. E. Vəliyev regional mətbuatın inkişafında maraqlı olduqlarını, ölkədə fəaliyyət göstərən aparıcı televiziya, agentlik və qəzetlərin Yevlaxda nümayəndəliklərinin açılması üçün mərkəzləşmiş qaydada bina ayırmağa hazır olduqlarını diqqətə çatdırıb. O, Yevlaxda mətbəə qurulacağını da vurğulayıb: “Mətbəə qurulandan sonra çap işləri üçün paytaxta və digər şəhərlərə getməyə ehtiyac qalmayacaq”. E. Vəliyev bundan başqa, mətbuatla daha sıx münasibətlərin qurulması üçün icra strukturlarında mətbuat xidmətlərinin yaradılması prosesinin getdiyini də diqqətə çatdırıb.
MŞ sədri Ə. Amaşov bu cür tədbirlərin keçirilməsində məqsədin regional medianın inkişafı olduğunu deyib. MŞ sədri bu məqsədlə tədbirlərin davam etdiriləcəyini qeyd edib.

Kütləvi İnformasiya Vasitələrinə Dəstək Dövlət Fondunun icraçı direktoru V. Səfərli də regional KİV-in inkişafının Fondun əsas prioritetlərindən olduğunu vurğulayıb. O, bununla bağlı bəzi təkliflər hazırladıqlarını deyib: “Bildiyiniz kimi, Fondun Nizamnaməsində müsabiqə əsasında yalnız çap və internet mediasına yardımlar ayrılması nəzərdə tutulur. Lakin biz bəzi ölkələrin təcrübəsinə əsaslanaraq, bunun regional televiziyalara da şamil edilməsi üçün Nizamnaməyə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlayırıq. Təkliflər hazır olduqdan sonra aidiyyəti qurumlara təqdim olunacaq”.

Tədbir davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR