Bank Of Baku

Əli Həsənov: “Hər bir mətbu orqan dövlətçiliyin və vətənpərvərliyin təbliğatına üstünlük verməlidir”

Əli Həsənov: “Hər bir mətbu orqan dövlətçiliyin və vətənpərvərliyin təbliğatına üstünlük verməlidir”
# 21 dekabr 2009 11:09 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. “Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün münbit şərait var, amma mətbuat da həmişə dövlətçilik prinsiplərini qoruyub saxlamalıdır. Çünki hər bir jurnalist hər şeydən əvvəl vətəndaşdır”. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Yevlaxda keçirilən regional konfransda səsləndirib. Ölkədə ictimai-siyasi vəziyyətin mətbuatın inkişafı üçün çox əlverişli olduğunu önə çəkən Əli Həsənov regionlarda kütləvi informasiya vasitələrinin daha da təkmilləşməsi, maddi-texniki bazasının formalaşması, əməkdaşlarının peşə qabiliyyətinin yüksəldilməsinin Azərbaycan cəmiyyətinin xeyrinə olduğunu bildirib. KİV-ləri üç qrupa ayıran Əli Həsənov deyib ki, dünya praktikasına görə, KİV milli və transmilli media, sahə mediası və regional media qruplarına bölünür: “Azərbaycan cəmiyyətində də mətbuat vasitələrinin bu istiqamətlərdə inkişafı müşahidə olunur, amma istənilən halda hər bir mətbu orqan dövlətçiliyin və vətənpərvərliyin təbliğatına üstünlük verməlidir. Çünki, yaxşı mətbuatın olması üçün yaxşı cəmiyyətin olması labüddür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR