Bank Of Baku

APA regionların sosial-ictimai həyatının işıqlandırılması sahəsində mükafata layiq görülüb

APA regionların sosial-ictimai həyatının işıqlandırılması sahəsində mükafata layiq görülüb
# 21 dekabr 2009 11:26 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Azərbaycan Mətbuat Şurasının Yevlaxda “Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar” mövzusunda konfransın birinci iclası başa çatıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, regionlarda ilk mənbədən informasiya əldə etmək sahəsində vəziyyətə həsr olunmuş iclasda mövcud məsələ ilə bağlı iki məruzə səslənib.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və Konstitusiya Fondunun rəhbəri, ekspert Əliməmməd Nuriyev mövzu ətrafında məruzə ilə çıxış ediblər. Daha sonra mövzu ətrafında müzakirələr başlanıb. Çıxış edənlərdən APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Assa İradə” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları mövcud mövzunun öz praktikalarında təsadüf edilən bir sıra xüsusiyyətlərindən söhbət açıblar. İclasın sonunda regionların sosial-ictimai həyatının işıqlandırılmasında yaxından iştirak etdiklərinə görə bir qrup KİV-ə Azərbaycan Mətbuat Şurasının və Yevlax rayon İcra Hakimiyyətinin birgə təsis etdikləri mükafatlar təqdim olunub. Birinci mükafat “Azərbaycan” qəzetinə, ikinci yer üçün mükafat APA agentliyinə, üçüncü yer üçün mükafat isə “Bakı xəbər” qəzetinə verilib. Qeyd edək ki, “Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar” mövzusunda konfrans dekabrın 23-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR