Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının bələdiyyə seçkiləri ilə bağlı yaratdığı «qaynar xətt»ə jurnalistlər tərəfindən zəng daxil olmayıb

Azərbaycan Mətbuat Şurasının bələdiyyə seçkiləri ilə bağlı yaratdığı «qaynar xətt»ə jurnalistlər tərəfindən zəng daxil olmayıb
# 23 dekabr 2009 16:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasının bələdiyyə seçkiləri ilə bağlı yaratdığı «qaynar xətt» rejiminə proses zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən zəng daxil olmayıb. Şuranın yerlərdə seçki prosesini izləyən monitorinq qrupunun üzvləri də bununla bağlı hər hansı fakt qeydə almayıblar.

APA-nın məlumatına görə, bu barədə MŞ-nin yaydığı açıqlamada bildirilir.

Şuranın (012) 561 82 46 və (012) 561 80 37 saylı telefonları saat 8.00-dan 19.00-dək «qaynar»rejimdə fəaliyyət göstərib. «Qaynar xətt»in yaradılmasında məqsəd bələdiyyə seçkisini işıqlandıran KİV təmsilçilərinə qarşı mümkün maneələri müəyyənləşdirməkdən və onlar barədə operativ tədbir görməkdən ibarət olub.

MŞ İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu da gün ərzində fəaliyyətdə olub. Qrupun üzvləri paytaxtda və eləcə də ölkəmizin müxtəlif bölgələrində dairə və məntəqə seçki komissiyalarına baş çəkərək jurnalistlərə yaradılan şəraitlə maraqlanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR