Bank Of Baku

Zərdabi Mətbuat Mərkəzi medianın ilk mənbədən informasiya alması ilə bağlı yekun dəyirmi masa keçirəcək

Zərdabi Mətbuat Mərkəzi medianın ilk mənbədən informasiya alması ilə bağlı yekun dəyirmi masa keçirəcək
# 24 dekabr 2009 03:55 (UTC +04:00)
Bakı – APA. Bu gün saat 12:00-da Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək» layihəsi çərçivəsində yekun dəyirmi masa keçirəcək.

Azərbaycan Mətbuat Şurasının ofisində baş tutacaq tədbirdə ZMM-in layihə çərçivəsində dövlət qurumları, idarə, müəssisə və təşkilatların nümayəndələri arasında apardığı sorğunun nəticələri də açıqlanacaq.

Qeyd edək ki, analoji sorğunun nəticələri qurumun 26 noyabr 2009-cu il tarixdə baş tutan dəyirmi masada açıqlanıb.

KİV təmsilçilərinin, sahə üzrə ekspert və mütəxəssislərin iştirak edəcəyi tədbirdə ZMM-in layihəsi üzrə son dəyərləndirmələr, mövzu ətrafında fikir mübadilələri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR