Azərbaycanın tanınmış jurnalisti vəfat edib

Azərbaycanın tanınmış jurnalisti vəfat edib
# 24 dekabr 2009 09:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan jurnalistikasının veteranlarından Azad Şərifov 79 yaşında dünyasını dəyişib. APA-nın “Vesti.az”a istinadən yaydığı məlumata görə, jurnalist mədəsində baş verən qanaxma nəticəsində vəfat edib. Qeyd edək ki, Azad Şərifov 1930-cu ildə Bakıda anadan olub. O 19 yaşından başlayaraq “Molodyoj Azerbayjana” qəzeti ilə əməkdaşlıq edib, 1951-ci ildən isə “Fizkulturnik Azerbajana” qəzetindən işləməyə başlayıb. Bir müddət sonra Azad Şərifov “Molodyoj Azerbayjana” qəzetinin redaktoru təyin olunub. Həmkarımız həmçinin Moskvada komsomol və partiya işində aktiv fəaliyyət göstərib, bir müddət “Vokruq sveta” jurnalının baş redaktorunun müavini olub. O həmçinin “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə müxbiri olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyə şöbəsinə rəhbərlik edən Azad Şərifov həmçinin “Azərinform” agentliyinin direktoru vəzifəsində də çalışıb. Həmkarımız bu gün Bülbülə qəsəbə qəbiristanlığında torpaa tapşırılacaq.

Allah rəhmət eləsin!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR