Bank Of Baku

“Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib
# 24 dekabr 2009 11:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Zərdabi Mətbuat Mərkəzi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Zərdabi Mətbuat Mərkəzinin rəhbəri Rəhim Hüseynzadə bildirib ki, layihənin ilk mərhələsindən fərqli olaraq bu dəfə dövlət qurumları, idarə, müəssisə və təşkilatların media ilə əlaqələrinə dair sorğular keçirilib. Sorğuda məqsəd sözügedən qurumların yaydıqları informasiyaların KİV-də işıqlandırılmasına münasibətini öyrənməkdən ibarət olub. Sorğuda 75-ə yaxın dövlət orqanından 100 respondent iştirak edib. Sorğu iştirakçılarının “Azərbaycanda ilk mənbədən informasiya alınmasında problemlər varmı” sualına cavabı birmənalı olmayıb. İştirakçıların 43 nəfəri ilk mənbədən informasiya alınmasında problem olduğunu, 32 nəfər isə belə problemin olmadığını bildirib. Dövlət qurumlarının nümayəndələri problemlərin əsas səbəbləri kimi informasiya mənbələrinin işlərinə məsuliyyətsiz yanaşmalarını (26 nəfər), informasiya daşıyıcısı rolunda çıxış edən şəxslərin səriştəsizliyini (24 nəfər), mətbuat xidməti institutunun tam formalaşmamasını (22 nəfər), ilk mənbələrlə işləyən media təmsilçilərinin qeyri-peşəkarlığını (23 nəfər), jurnalistlərin ixtisaslaşma dərəcəsinin zəifliyini (21 nəfər), jurnalistikanın siyasiləşməsini (17 nəfər), ilk mənbədən informasiya alınması ilə bağlı qanunvericiliyin təkmil olmamasını (19 nəfər), ilk mənbədən olan informasiyalara cəmiyyətdə ictimai marağın azlığını (18 nəfər) göstəriblər.

Dövlət qurumları ilk mənbədən informasiya alınması ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmaq üçün informasiya siyasətini müəyyənləşdirən hüquqi-normativ aktlara dəyişikliklər edilməsini, dövlət qurumları və KİV nümayəndələri arasında maarifləndirmənin daha da gücləndirilməsini, dövlət qurumlarına məxsus saytlardakı məlumatların yenilənməsinin daha operativ aparılmasını təklif ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR