Media Hüquq İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı illik hesabat açıqlayıb

Media Hüquq İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı illik hesabat açıqlayıb
# 24 dekabr 2009 12:42 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Media Hüquq İnstitutu (MHİ) Media Mərkəzində Azərbaycanda medianın hüquqi durumu ilə bağlı illik (2009) hesabatını açıqlayıb. APA-nın xəbərinə görə, təqdimat mərasiminə jurnalistlər, hüquqçular, jurnalist qurumları rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri qatılıblar. Qeyd olunub ki, 2009-cu ildə media və jurnalistlər ən azı 49 dəfə fiziki və psixoloji basqıya məruz qalıblar. 41 jurnalist peşə fəaliyyətinə görə döyülüb, hədələnib. Fiziki təzyiqlərin böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələrinə yönəlib. Belə basqılara həm adi şəxslər, həm də polis və digər dövlət qurumlarının nümayəndələri yol veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR