Bank Of Baku

Mətbuat Şurası “Şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” mövzusunda təlim kursu keçirib

Mətbuat Şurası “Şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” mövzusunda təlim kursu keçirib
# 24 dekabr 2009 19:07 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Mətbuat Şurası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili” layihəsi çərçivəsində növbəti kursunu keçirib.

Şuradan APA-ya verilən məlumata görə, “Şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” mövzusunda təlim kursunda məşğələni hüquqşünas Əfqan Məmmədov aparıb.

Ə.Məmmədov media təmsilçilərinə insanı ləkələyən məlumatların yayılması, jurnalistin ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq vəzifəsi, təkzib düzəliş və cavab vermək hüququ, məhkəmələrdə KİV-ə qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddiaların xüsusiyyətləri, KİV-də təhqir və böhtan, təqsirsizlik prezumpsiyası və jurnalist etikası məsələlərinə dair məlumat verib, sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR