Bank Of Baku

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu jurnalistlərin ailələrinə maliyyə yardımı ayırıb

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu jurnalistlərin ailələrinə maliyyə yardımı  ayırıb
# 28 dekabr 2009 15:35 (UTC +04:00)
Bakı-APA. “Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin məktubuna əsasən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu həbsdə olan jurnalistlərin ailə üzvləri üçün əlavə olaraq 10.000 ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb. “Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu”nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun növbəti iclası məhz bu məsələyə həsr olunub. İclasda həbs edilən jurnalistlərin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi bəndinə görə daxil olan 5 müraciətə baxılıb.
Müraciətlərin 5-i də təmin edilərək, bütövlükdə 9.000 ABŞ dolları məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub.
Qərara əsasən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsinə 3000 ABŞ dolları, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 3000 ABŞ dolları (atası Emin Fətullayevin müraciətinə əsasən), “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun ailəsinə 1000 ABŞ dolları, AN onlayın televiziyasının rəhbəri Emin Millinin (Abdullayev) ailəsinə 1000 ABŞ dolları, videobloqer Adnan Hacızadənin ailəsinə 1000 ABŞ dolları məbləğində maliyyə yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR