Bank Of Baku

“Gənc Liderlər” Avropa Parlamentindəki müzakirəyə etiraz ediblər

“Gənc Liderlər” Avropa Parlamentindəki müzakirəyə etiraz ediblər
# 29 dekabr 2009 20:27 (UTC +04:00)
Bakı-APA. “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı (UGT) Avropa Parlamentinin “Azərbaycanda ifadə azadlığı haqqında” qətnaməsini tənqid edən bəyanat yayıb. Bu barədə APA-ya açıqlama verən sədr Fərid Şahbazlının sözlərinə görə, bu sənəd təşkilatın İdarə Heyətində müzakirə olunub və pislənib.

Onun sözlərinə görə, Avropa Parlamenti tərəfindən qəbul edilən bu qətnamə ölkədə media azadlığının vəziyyəti ilə ziddiyyət təşkil edir: «Azərbaycanda medianın inkişafı, jurnalistlərin fəaliyyətinin daha yaxşı formada təşkil olunması istiqamətində ciddi işlər görülür. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu sahəyə olan dövlət dəstəyinin göstəricisidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR