Bank Of Baku

Eynulla Fətullayevin üzərindən heroin aşkarlanması ilə bağlı toplantı keçirilib

Eynulla Fətullayevin üzərindən heroin aşkarlanması ilə bağlı toplantı keçirilib
# 30 dekabr 2009 16:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycanda Söz Azadlığını Müdafiə Komitəsi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayevin üzərindən heroin aşkarlanması ilə bağlı adıçəkilən xidmətin yaydığı məlumatla əlaqədar toplantı keçirib. APA-nın məlumatına görə, toplantıda Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Penitensiar Xidmət tərəfindən yayılan açıqlama və bu informasiya ilə bağlı fikirlərini açıqlayıb.

Hüquq müdafiəçisi Səidə Qocamanlı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Aftandil Ağayevlə əlaqə saxladığını deyib: “İsaxan Aşurov da hazırda Eynulla Fətullayevin yanına gedib. İlkin məlumata görə, E. Fətullayevin sidik və qan nümunələri analiz üçün götürülüb. Cəzaçəkmə müəssisəsinin rəisi analizin cavabının nə zaman bəlli olacağını bilmədiyini deyib”.

Toplantıda çıxış edən Milli Məclisin deputatı Pənah Hüseyn məsələ ilə bağlı dövlət qurumlarına və beynəlxalq təşkilatlara müraciət olunmasını təklif edib.

Toplantının sonunda komitə adından bəyanat qəbil olunub.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin bu gün yaydığı məlumata görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan beş məhkumun üzərində axtarış aparılıb. Axtarış zamanı E. Fətullayevdən 0.223 qram, Şahin Şəmsiyev adlı məhkumdan isə 0.081 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E. Fətullayevin üzərində aşkarlanan heroinin bir qismi onun gödəkçəsində, qalan hissəsi isə ayaqqabısının içərisində olub. Toplanan materiallar Qaradağ rayon Polis İdarəsinə göndərilib. Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR