Bank Of Baku

Məhkəmə Eynulla Fətullayevin Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar verib

Məhkəmə Eynulla Fətullayevin Bakı İstintaq Təcridxanasına köçürülməsinə qərar verib
# 01 yanvar 2010 19:17 (UTC +04:00)
Onun sözlərinə görə, məhkəmə E. Fətullayevin üzərində heroin aşkarlanması ilə bağlı faktın araşdırılması üçün istintaqın başlanması və Fətullayevin Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı qərar qəbul edib.

Vəkil bildirib ki, E. Fətullayevin istintaq təcridxanasına köçürülməsi bayram günləri başa çatandan sonra mümkün olacaq.

Eynulla Fətullayev hazırda 12 saylı Cəzaçəkmə Müəssisindədir.

Qeyd edək ki, dekabrın 29-da E. Fətullayevin üzərindən 0,22 qram heroin götürülüb. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumat verib.

Onun sözlərinə görə, daxil olan əməliyyat məlumatları əsasında Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan beş məhkumun üzərində axtarış aparılıb. Axtarış zamanı E. Fətullayevdən 0.223 qram, Şahin Şəmsiyev adlı məhkumdan isə 0.081 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E. Fətullayevin üzərində aşkarlanan heroinin bir qismi onun gödəkçəsində, qalan hissəsi isə ayaqqabısının içərisində olub.

Toplanmış materiallar Qaradağ rayon Polis İdarəsinə göndərilib.

Qaradağ rayon Polis İdarəsindən bildirilib ki, artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.) maddəsi ilə cinayət işinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR