Bank Of Baku

SAMF mətbuat xidmətlərinin reytinq sorğusunu keçirir

SAMF mətbuat xidmətlərinin reytinq sorğusunu keçirir
# 05 yanvar 2010 19:15 (UTC +04:00)
Bakı – APA. Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi kütləvi informasiya vasitələri ilə işini informasiyalı cəmiyyətlərin müasir standartlarına daha münasib şəkildə quran dövlət qurumları mətbuat xidmətlərinin mükafatlandırılması prosesini reallaşdırmaq üçün rəy sorğusuna start verib.

SAMF-dan APA-ya verilən məlumata görə, sorğular daşıdığı vəzifəsindən asılı olmayaraq KİV-də çalışan 500 media təmsilçisi arasında keçiriləcək.

Sorğunun nəticəsindən asılı olaraq mükafatların sahibləri müəyyənləşəcək və fondun reallaşdıracağı təqdimetmə mərasimində onlara təqdim ediləcək. Mükafatlandırma SAMF-ın ötən il noyabr ayının 25-də “KİV və mətbuat xidmətləri: Mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adi ilə başladığı layihələr çərçivəsində həyata keçirilir. Ənənəvi olaraq media mənsublarının deyil, mətbuat xidməti rəhbərlərinin mükafatlandırılmasında məqsəd həm üzərinə düşən bu həssas və məsuliyyətli vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən xidmət rəhbərlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, həm də mətbuat xidməti institutları əməkdaşlarının öz işlərinə daha tələbkar yanaşmasına, eləcə də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır.

SAMF kollektivi KİV təmsilçilərindən sorğuları cavablandırarkən obyektiv olmağı, mətbuat xidmətləri qurumları ilə bağlı real durumun aydınlaşdırılmasında fonda mümkün köməkliklərini əsirgəməməyi xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR