İranda müxtəlif dillərdə dini qəzet nəşr olunacaq

İranda müxtəlif dillərdə dini qəzet nəşr olunacaq
# 08 yanvar 2010 10:20 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA İranın İslami İrşad və Mədəniyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Əli Ramin dünya müsəlmanlarının islamla bağlı bilgilər verən bir qəzetə ehtiyac duyduğunu və bu istiqamətdə tələblərin olduğunu açıqlayıb. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, mətbuat katibi Qumda jurnalistlərə açıqlamasında yeni qəzetin hazırlanması üçün bu şəhəri məqsədəuyğun saydıqlarını və qəzetin müxtəlif dillərdə milyon tirajla çap olunacağını deyib: “Bu qəzet eyni zamanda islam dövlətinin əzəmətini və insanpərvərliyini özündə əks etdirməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR