Bank Of Baku

Qarabağ və Xocalı soyqırımı mövzusunda müsabiqəsi ilə bağlı dəyirmi masa keçirilib - FOTO

Qarabağ və Xocalı soyqırımı mövzusunda müsabiqəsi ilə bağlı dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 08 yanvar 2010 11:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurası (MŞ) və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi tərəfindən “Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqə ilə bağlı növbəti dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri açan Şura sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mediası Qarabağ həqiqətlərinin və Xocalı soyqırımın təbliğinə həmişə diqqət ayırıb. Amma hazırkı durumda həmin diqqəti bir qədər də artırmağa, kütləvi informasiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac duyulur. Bunu nəzərə alaraq MŞ və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi həyata keçirdiyi birgə layihədə jurnalistlər arasında müsabiqənin təşkilini zəruri sayıb. Müsabiqənin ötən ilin sentyabrından elan edildiyini deyən Şura sədri indiyədək 10 materialın təqdim edildiyini bildirib: “Sənəd qəbulu fevralın 10-da yekunlaşacaq. Müsabiqəyə 2009-cu ilin sentyabrından 2010-cu ilin fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formada təqdim olunmalıdır”

Layihənin sponsoru “Azərsun Holdinq» Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov qaliblərə mükafatların fevralın 24-də - Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacağını bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində başlıca məqsəd Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qeyd edək ki, müsabiqədə Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı ən yaxşı araşdırma işi üçün 500 manat məbləğində xüsusi mükafat veriləcək. Birinci yeri tutmuş bir nəfər 1000 AZN, ikinci yeri tutmuş iki nəfər 650 AZN, üçüncü yeri tutmuş üç nəfər isə 300 AZN məbləğində mükafatla təltif olunacaq. Beş nəfərə həvəsləndirici mükafat təqdim olunacaq. Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR