Bank Of Baku

JuHİ sədri: “Ötən il jurnalistlərin aylıq gəlirlərində artım müşahidə olunub”

JuHİ sədri: “Ötən il jurnalistlərin aylıq gəlirlərində artım müşahidə olunub”
# 11 yanvar 2010 13:16 (UTC +04:00)
Bakı-APA. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2009-cu il üçün sosial durumlarına dair yekun açıqlama yayıb. JuHİ sədri Müşfiq Ələsgərli APA-ya bildirib ki, təşkilatın dekabr ayının ilk günlərindən başlayaraq keçirdiyi sorğuya ölkənin son 5 ildə fasiləsiz və gündəlik nəşr olunan, imici və ictimai rəyə təsir imkanı ilə seçilən 40-a qədər qəzet və İnformasiya Agentliklərinin, həmçinin 20-yə qədər həftəlik nəşrlərin əməkdaşları cəlb edilib . Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqavilələrinin bağlanması), aylıq gəlirlərinin miqdarı, jurnalistləri daha çox narahat edən digər məsələlərlə bağlı sualları cavablandırıblar. Gündəlik nəşr edilən qəzetlərin və informasiya agentliklərinin əməkdaşları arasında keçirilən sorğunun nəticələri nisbətən ürəkaçan mənzərə yaradıb. Belə ki, sorğunun nəticələrinə əsasən, bu qrup redaksiyaların yalnız 10 faizində əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər var. Qalan redaksiyalarda (90 faiz) jurnalistlərlə əmək müqavilələri bağlanıb.
M. Ələsgərli müqayisə üçün bildirib ki, 2007 və 2008-ci illərdə keçirilmiş sorğularda əmək münasibətləri rəsmiləşdirilməyən redaksiyaların sayı 85 faizlə ifadə olunurdu. Onun sözlərinə görə, bir qrup redaksiyalarda (əmək münasibətləri rəsmiləşdirilən redaksiyalarda) jurnalistlərin orta aylıq gəlirlərində də inkişaf nəzərəçarpacaq dərəcədədir. Belə ki, əməkdaşlarının rəyi soruşulan 40-a yaxın gündəlik qəzet və informasiya agentliklərindən 73 faizində jurnalistlərin aylıq gəlirlərinin 300-350 manat civarında olduğu aydınlaşıb. Redaksiyaların 18 faizində aylıq gəlirlər 400 manatdan yuxarı, 9 faizində isə 250 manat civarındadır.

JuHİ sədri bildirib ki, 2009-cu ildə jurnalistlərin aylıq gəlirlərindəki artım tendensiyası təqdir olunası hal kimi qiymətləndirilir: “Əmək münasibətləri rəsmiləşdirilən redaksiyaların sayının kəskin şəkildə artımı isə ilin ən uğurlu hadisələrindən biri kimi qeyd oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR