MTRŞ sədri: “Bir verilişə görə “Euronews”u kabel şəbəkəsindən çıxarmaq doğru olmaz” - MÜSAHİBƏ
- Biz bunda maraqlıyıq. Parlament seçkilərinə qədər əksər bölgələrdə televiziya kanallarının açılması zəruridir. Bu istiqamətdə xeyli iş görmüşük. Əsas bölgələrdə belə kanallar açılıb, yalnız Mərkəzi Aran zonası qalıb. Biz çalışacağıq ki, bu bölgədə də televiziya kanalının açılması məsələsini həll edək. Ancaq bu, tək bizim istəyimizdən asılı deyil. Regionlarda yeni kanalın açılması asan məsələ deyil. Biz bunu digər televiziya kanallarının fəaliyyətində artıq görmüşük. Həmin ərazilərdə televiziya kanallarının maddi-texniki bazasının, mütəxəssislərin, kadr potensialının olmaması bizi bu işdə tələsməməyə sövq edir.
- Parlament seçkilərinə qədər yalnız Mərkəzi Aran regionunda televiziya açılacağı gözlənilir?
- Digər bölgələrin hamısında artıq televiziya kanalları var. Bu yaxınlarda Şəki-Zaqatala bölgəsində əlavə bir televiziya kanalı açılıb. Yevlaxda da bir televiziya kanalı fəaliyyətə başladı. Bu kanallar həmin bölgələri təmin edə bilər. Başqa bölgələrdə də televiziya kanalları var. Yalnız Mərkəzi Aran bölgəsində belə kanal yoxdur. Onun üzərində də işlər aparılır.
- Bu il ərzində ölkədə yeni ümumrespublika yayımçısının olacağı gözlənilir?
- Bu proses həmişə ola bilər. Milli Televiziya və Radio Şurası öz mövqeyini dəfələrlə bildirib. Hələlik televiziya kanallarının sayını artırmaq fikrində deyilik. Azərbaycanda yeni televiziya kanallarının açılması bunun üçün şərait yetişəndə həyata keçir. Biz hesab edirik ki, Azərbaycanda reklam bazarının daha da inkişaf etməsi, kadr potensialının daha da artması zəruri faktorlardan biridir. Ona görə də bu məsələdə müəyyən qədər tələskənliyə yol vermək olmaz.
- Bildirmisiniz ki, bütün Qafqazı əhatə edəcək mədəniyyət kanalının açılmasına ehtiyac var. Bu kanalın açılması nə zaman reallaşa bilər?
- Sahə xarakterli kanalların açılması istəyi həmişə var. İstənilən ölkədə maarifləndirici, mədəniyyət xarakterli kanalın açılması çox arzu olunandır. Ancaq böyük dövlətlərdə bu, daha asan reallaşır. Kiçik dövlətlərdə sahə kanallarının açılması çox çətindir. Biz bunu istəyirik. Amma bu istəyi həyata keçirmək üçün hələ bir çox amillər ortada yoxdur.
- MTRŞ-ya belə bir təklif gəlsə, siz bunu müzakirə edə bilərsiniz?
- Biz ümumrespublika yayımçılarının fəaliyyətini izləyərək görürük ki, hələlik yeni kanalların açılmasına tam hazır deyilik.
- Telekanallarda aparılan monitorinqlər bitibmi? Yeni qanun pozuntuları qeydə alınıb?
- Monitorinqlər həmişə aparılır. Monitorinqlər zamanı hər hansı qanun pozuntusu ortaya çıxırsa, ona uyğun da tədbir görürük. Son zamanlar kanallarda kobud qanun pozuntuları qeydə alınmayıb. Qanun pozuntuları yalnız reklamla bağlıdır. Ayrı-ayrı hallarda belə qanun pozuntuları qeydə alınıb. Buna müvafiq olaraq da tədbirlər görülüb.
- Telekanallarda Azərbaycan dilinin işlənməsi, şou-proqramlarla bağlı vəziyyət əvvəlkindən bir o qədər də fərqlənmir.
- Mən bu qədər radikal mövqedən çıxış etməyin tərəfdarı deyiləm. Demək olar ki, Azərbaycanın efirində Azərbaycan dili tam hökmrandır. Biz buna tam nail olmuşuq. Amma verilişlərdə müəyyən hallar var ki, orada bizim anladığımız dildə danışırlar. Rus dilini də, türk dilini də ölkə əhalisinin böyük əksəriyyəti bilir. Biz Azərbaycan dilinin işlənməsi ilə bağlı qərarı verərkən bildirmişdik ki, ictimai-siyasi əhəmiyyət kəsb edən yüksək səviyyəli görüşlərdə, maarifçilik xarakterli verilişlərdə istisna hallar ola bilər.
- MTRŞ-nın növbəti iclası nə vaxt keçiriləcək?
- Bizim işlərimiz öz qaydası ilə gedir. MTRŞ qanunla öz üzərinə qoyulan səlahiyyətləri yerinə yetirir. Növbəti iclasımız yanvarın 15-də keçiriləcək. Cari məsələlərə baxacağıq, eyni zamanda 20 Yanvar faciəsi ilə bağlı müzakirələr keçirəcəyik.
- “Euronews”la bağlı problem tamamilə aradan qaldırılıbmı? Kanalın nümayəndələri yanvar ayında Azərbaycana gəlməli idilər.
- Onlar yanvarın 17-də gələcəklərini demişdilər. “Euronews”la bağlı mövqeyimizi ortaya qoymuşuq. Bir dəfə belə verilişi verməklə “Euronews”u kabel şəbəkəsindən çıxarmaqla bağlı qərar verməyimiz doğru olmaz. Əgər belə verilişlər mütəmadi davam edərsə, o zaman biz qərar verə bilərik. Məsələni belə sərt şəkildə qoymaq heç kəsə xeyir verən deyil.
- Mətbuatda Azərbaycanda yeni televiziya kanalının - “Nərgiz” TV-nin fəaliyyətə başlayacağı barədə məlumatlar verilir. Şurada bununla bağlı hər hansı məlumat varmı?
- Belə bir məsələ yoxdur. Şurada hələlik bununla bağlı hər hansı müzakirə aparılmayıb. Belə məsələ ortaya çıxarsa, ictimaiyyətə məlumat verəcəyik.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib