Bank Of Baku

Mətbuat Şurası 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirəcək

Mətbuat Şurası 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirəcək
# 15 yanvar 2010 21:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurası «20 Yanvar faciəsi şahid jurnalistlərin gözü ilə» mövzusunda dəyirmi masa keçirəcək.

MŞ-dan APA-ya verilən məlumata görə, tədbir 19 yanvar 2009-cu ildə saat 12.00-da Şuranın ofisində baş tutacaq.

Həmin gün Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin və jurnalistlərin Şəhidlər Xiyabanını ziyarəti də nəzərdə tutulur. Dəyirmi masada 20 Yanvar faciəsinin aspektlərinə, hadisə öncəsi və ondan sonrakı proseslərin, dəhşətli olayı doğuran səbəblərin jurnalist yaradıcılığına təsirinə, hazırkı dövrdə medianın onu işıqlandırılması xüsusiyyətlərinə dair fikir mübadilələri aparılacaq.

Tədbirdə 20 Yanvar faciəsinin şahidi olmuş jurnalistlərin, kütləvi informasiya vasitələri rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR