Bank Of Baku

“Zaman-Azərbaycan” qəzetinin baş redaktoru APA-nın baş direktoru ilə görüşüb - FOTO

“Zaman-Azərbaycan” qəzetinin baş redaktoru APA-nın baş direktoru ilə görüşüb - <font color=red>FOTO</font>
# 19 yanvar 2010 12:22 (UTC +04:00)
Bakı - APA. Bu gün “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansevər Azərbaycanda fəaliyyətinin başa çatması münasibəti ilə APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə görüşüb. APA-nın məlumatına görə, E. Cansevər Azərbaycanda olduğu müddətdəki fəaliyyəti barədə danışıb, rəhbərlik etdiyi qəzetin APA ilə əməkdaşlığından məmnunluğunu ifadə edib.

O deyib ki, qəzetinin ən çox istifadə etdiyi agentlik olaraq APA-nın seçilməsində əsas məsələlərdən biri xəbər bolluğu ilə yanaşı həm də agentliyin hər zaman milli maraqları qoruması, obyektiv, tərəfsiz və etibarlı xəbər yaymasıdır.

E. Cansevər “Zaman-Azərbaycan”ın 20 Yanvar faciəsinin ildönümü ilə bağlı xüsusi buraxılış hazırladığını da bildirib. O deyib ki, təyinat aldığı Avstraliyada da hər zaman Azərbaycanla bağlı fəaliyyətini davam etdirəcək, ölkəmizin təbliğatçısı olaraq çalışacaq.

Öz növbəsində V. Mahirqızı da görüşə, Azərbaycan üçün gördüyü işlərə, yerli mətbuatla dostluğuna və APA ilə tərəfdaşlığına görə E. Cansevərə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR