Bank Of Baku

Meksikada daha bir jurnalist öldürülüb

Meksikada daha bir jurnalist öldürülüb
# 19 yanvar 2010 13:13 (UTC +04:00)
Bakı-APA. Meksikada “Polis Linea Direkta” radiosunun müxbiri Joze Luis Romeronun Los Moçis şəhərində qara torbaya bükülmüş meyiti tapılıb. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) bildirilib. BAMF-dən verilən məlumata görə, müxbirin baş və çiyin nahiyəsində güllə yarası müəyyən olunub, əl və ayaqları sındırılıb.
Qeyd olunub ki, Meksikada getdikcə artan jurnalist ölümü ilə bağlı, senatorlar yeni qanunun hazırlanması təklifi ilə çıxış ediblər. Bu qanuna görə, hücuma məruz qalan jurnalistlərə tibbi qayğı təminatı veriləcək, riskli hesab edilən və qorxudulan jurnalistlər özlərinin, ailəsinin və iş yerinin müdafiə olunmasını rəhbərlikdən tələb edə biləcəklər. Yeni qanun jurnalistlərə informasiya mənbəyini qoruyub saxlamaq hüququ da verəcək.
Diqqəti qatillərin cəzasız qalmasına yönəldən BMİ bildirib ki, J. L.Romero bu il Meksikada öldürülən 2-ci jurnalistdir. Ötən il isə bu ölkədə narkotika və cinayət hallarını tədqiq edən 11 jurnalist öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR