Bank Of Baku

Türkiyəli jurnalistlər Azərbaycana səfər edəcək

Türkiyəli jurnalistlər Azərbaycana səfər edəcək
# 21 yanvar 2010 02:22 (UTC +04:00)
Bakı-APA. Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə bir qrup jurnalist yanvarın 30-da Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə reallaşacaq səfərin məqsədi PJB-nin beynəlxalq əlaqələrini genişləndirmək, eləcə də xarici ölkə jurnalistlərinin vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

PJB-nin sədri Elşad Eyvazlı bildirib ki, Alanya Qəzetçilər Cəmiyyətinin köməyi ilə ötən ilin ortalarında Türkiyədə erməni vandalizmi ilə bağlı bukletlər çap edilərək qardaş ölkənin bir çox bölgələrində xarici turistlər arasında yayılıb.

«Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində digər xarici ölkələrdəki jurnalistlərin imkanlarından istifadə etmək üçün türkiyəli həmkarlarımızla bir layihə gerçəkləşdirmək niyyətindəyik, deyə qurumun rəhbəri bildirib.

Səfər çərçivəsində Türkiyəli jurnalistlər azərbaycanlı həmkarları ilə görüşəcək, Qubadakı kütləvi məzarlığa baş çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR