Bank Of Baku

Ukraynada seçki bülletenlərinin çap olunduğu poliqrafiya kombinatına basqın edilib

Ukraynada seçki bülletenlərinin çap olunduğu poliqrafiya kombinatına  basqın edilib
# 25 yanvar 2010 09:11 (UTC +04:00)
Bakı – APA. Yanvarın 25-də səhər Ukraynanın paytaxtı Kiyev şəhərində seçki bülletenlərinin çap olunduğu “Ukraina” poliqrafiya kombinatına basqın edilib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bur qrup şəxs kombinatın binasına daxil olmağa çalışıb, buna nail olmadıqda isə birinci mərtəbənin şüşələrini sındıraraq içəri girib. Regionlar Partiyasının deputatı Vasil Qritsak basqında “Şit” adlı mühafizə şirkətinin 300 əməkdaşının iştirak etdiyini, basqın zamanı gözyaşardıcı qaz, dəyənəklər və digər xüsusi vasitələrdən istifadə olunduğunu deyib. O bildirib ki, əməliyyata ümumi rəhbərliyi Nazirlər Kabinetinin Hüquq-mühafizə orqanları idarəsinin rəis müavini Vladimir Rudık həyata keçirib. RP baş nazir Yuliya Timoşenkonun adamlarının kombinatı ələ keçirərək seçkilərin ikinci turu üçün 1,5 milyon əlavə bülleten çap etmək istədiyini açıqlayıb. Y. Timoşenkonun bloku isə bu bəyanatı provokasiya adlandıraraq bülletenlərin çapının hələ başlamadığını xatırladıb.

Ukrayna Təhlükəsizlik Xidməti “Ukraina” poliqrafiya kombinatının mühafizəsi üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR