Bank Of Baku

Azərbaycanda qəzet redaktoru vəfat edib - FOTO

Azərbaycanda qəzet redaktoru vəfat edib - <font color=red>FOTO</font>
# 26 yanvar 2010 14:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan mətbuatına ağır itki üz verib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru Solmaz Abas qızı Mirzəyeva 72 yaşında dünyasını dəyişib.

S. Mirzəyeva jurnalistlik fəaliyyətində “Azərbaycan dəmiryolçusu” qəzeti mühüm rol oynayıb. 1980-1993-cü illərdə bu nəşrdə redaktor müavini vəzifəsini tutub. Jurnalist 1993-cü ildən qəzetdə redaktor vəzifəsinə təyin edilib və ömrünün sonuna kimi bu vəzifədə işləyib.

S. Mirzəyeva “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Mirzəyevlər ailəsi jurnalistlər ailəsi kimi tanınıb. Solmaz xanımın həyat yoldaşı, mərhum jurnalist Osman Mirzəyev ölkə mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərib. Qızları Nərgiz, Lalə və Sevinc bu gün də mətbuat sahəsində çalışır, valideynlərinin şərəfli yolunu ləyaqətlə davam etdirirlər.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR