Bank Of Baku

Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb - FOTO

Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb - <font color=red>FOTO</font>
# 27 yanvar 2010 09:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) 2009-cu illə bağlı hesabatını açıqlayıb. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən şura sədri Əflatun Amaşov bildirib ki, ötən il quruma 489 müraciət daxil olub. Onlardan 176-sı vətəndaşlar, 167-si dövlət idarə müəssisə və təşkilatları, 61-i özəl müəssislər, 45-i ictimai qurumlar, 29-u özünü idarəetmə orqanları, 11-i siyasi partiyalar tərəfindən edilib. Onun sözlərinə görə, 267 müraciət şura katibliyində həllini tapıb. 222 müraciət isə Şikayətlər Komissiyasında araşdırılıb. Bu müraciətlərin 195-i Bakıdan, qalanları regionlardan gəlib.

Ötən ili reket jurnalistikasına qarşı mübarizə ili elan etdiklərini xatırladan şura sədri bununla bağlı çoxlu işlər görüldüyünü, 8 dəfə iclas keçirildiyini qeyd edib. Ə. Amaşov şura tərəfindən 94 nəşrin reket elan edildiyini də qeyd edib.
O, həmçinin bildirib ki, MŞ tərəfindən rekat mətbuata qarşı maarifləndirmə işləri də aparılıb.
Ə. Amaşov ötən il Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması istiqamətində şuranın gördüyü işlərdən də danışıb.
MŞ sədri daha sonra həbsdə olan jurnalistlərin azadlığa çıxmaları üçün müxtəlif səviyyəli görüşlər keçirdildiyini, dövlət qurumlarına müraciət olunduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR