Bank Of Baku

Əflatun Amaşov: “Həbsdə olan jurnalistlərin azadlığa çıxması istiqamətində fəaliyyəti davam etdirəcəyik”

Əflatun Amaşov: “Həbsdə olan jurnalistlərin azadlığa çıxması istiqamətində fəaliyyəti davam etdirəcəyik”
# 27 yanvar 2010 11:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycan Mətbuat Şurası (MŞ) 2010-cu ili “Diffamasiya ili” elan edib. APA-nın məlumatına görə, bunu şuranın sədri Əflatun Amaşov ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O, 2010-cu ildə “Diffamasiya haqqında” qanunun qəbul edilməsinə, bu sahədə irəliləyişlərə nail olunmasına çalışacaqlarını açıqlayıb: “Ötən il də bu istiqamətdə bəzi addımlar atmışıq. Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birlikdə bu məsələyə həsr olunan konfrans keçirmişik”.

Ə. Amaşov bu il həbsdə olan jurnalistlərin azadlığa çıxmasına çalışacaqlarını, bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini də söyləyib.

Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas isə “Diffamasiya haqqında” qanunun qəbulunun əleyhinə olduğunu bəyan edib. Onun fikrincə, belə bir qanunun qəbulu ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər: “Avropada mətbuatın azadlığı Azərbaycandakından aşağı səviyyədədir. Bizi də Türkiyənin gününə salmaq istəyirlər. Bəzi məsələlər isə mətbuatın günahı deyil. Məsələn, bloqgerlərin işinin bu dərəcədə şişməsi məhkəmələrin günahıdır. Bu işi nə qədər uzatmaq olar? Bu məsələni bir-iki prosesə həll etmək mümkündür axı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR