Bank Of Baku

AŞ PA mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyini təmin etməklə bağlı tövsiyə qərarı qəbul edib

AŞ PA mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyini təmin etməklə bağlı tövsiyə qərarı qəbul edib
# 28 yanvar 2010 13:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyini təmin etməklə bağlı qurumun Nazirlər Komitəsinə ünvanlanmış tövsiyə qərarı qəbul edib. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, AŞ PA bütün üzv ölkələri, xüsusən də Azərbaycan, Rusiya və Türkiyəni diffamasiya haqqında qanunvericiliyə və onun praktik istifadəsi məsələsinə AŞ PA-nın 1577 saylı qətnaməsi əsasında yenidən baxmağa çağırılıb. Parlamentarlar qeyd ediblər ki, diffamasiya haqqında qanun KİV-də tənqidi şərhlərə və satiraya şamil edilməməlidir.

AŞ PA həmçinin üzv ölkələri seçki kampaniyaları zamanı siyasi partiyalar və namizədlərin KİV-ə sərbəst çıxışını təmin etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR