Bank Of Baku

Türkiyənin bir qrup KİV nümayəndəsi Qubadakı kütləvi məzarlığı ziyarət edib

Türkiyənin bir qrup KİV nümayəndəsi Qubadakı kütləvi məzarlığı ziyarət edib
# 02 fevral 2010 14:00 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Parlament Jurnalistləri Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin bir qrup KİV nümayəndəsi bu gün Qubadakı kütləvi məzarlığı ziyarət edib. APA-nın şimal bürosunun xəbərinə görə, media nümayəndələri ilə yanaşı, Türkiyənin Alanya Ticarət Palatasının üzvləri də ziyarətçilər sırasında olub. Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmet Əli Dim ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım barədə geniş məlumat topladığını və bu məlumatları Türkiyə mediası vasitəsilə geniş oxucu kütləsinə çatdıracağını bildirib: “İşğalçı və cinayətkar erməni daşnaklarının iç üzünü Qubadakı soyqırım məzarlığından daha aydın görmək olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR