Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bəzi jurnalistlərə yardım edib

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bəzi jurnalistlərə yardım edib
# 04 fevral 2010 13:53 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Fonddan APA-ya verilən məlumata görə, iclasda yanvar ayı ərzində daxil olan 10 müraciətə baxılıb. Dörd müraciət Fondun Əsasnaməsinə uyğun gəlmədiyindən təmin olunmayıb. Müraciətlərdən 6-sı təmin edilərək, bütövlükdə 2500 ABŞ dolları həcmində maddi yardım ayrılması barədə qərar qəbul olunub. Qərara əsasən müstəqil jurnalist Mahal İsmayıloğluna 500 ABŞ dolları, “Yuksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənova 300 ABŞ dolları, “AZE Hüquq Şirkəti”MMC-nin hüquqşünası Habil İsgəndərliyə 500 ABŞ dolları, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Ramiz Nəcəfliyə 300 ABŞ dolları, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Cəbrayılzadəyə 300 ABŞ dolları, “Tolışi Sədo” qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədovaya 600 ABŞ dolları məbləğində maddi yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR