Bank Of Baku

Növbəti onillikdə söz azadlığının təminatı sahəsində qarşısında duran vəzifələrə dair Bəyannamə imzalanıb

Növbəti onillikdə söz azadlığının təminatı sahəsində qarşısında duran vəzifələrə dair Bəyannamə imzalanıb
# 04 fevral 2010 15:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, BMT-nin söz azadlığı üzrə həmməruzəçiləri, Amerika Dövlətləri Təşkilatı və İnsan haqları və Xalqların Hüquqları üzrə Afrika Komissiyası növbəti onillikdə fikir azadlığının təminatı sahəsində qarşısında duran vəzifələrlə bağlı Bəyannamə imzalayıblar. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Mikloş Haraşti ATƏT-ə üzv bəzi ölkələrdə söz azadlığı sahəsində vəziyyətin pislədiyini vurğulayıb: “Bir çox postsovet məkanı ölkələrində söz azadlığı üçün ən böyük problemi televiziyanın dövlət nəzarətində olması törədir”. Bəyannamədə əksini tapan söz azadlığı qarşısında ən böyük təhlükələr sırasında hökumətin KİV üzərində birbaşa və ya dolayı nəzarəti, diffamasiya haqqında qanunun qəbul olunmaması, jurnalistlərin zorakılığa məruz qalması, informasiya hüququna limitlərin tətbiq olunması, KİV-ə kommersiya təzyiqi, bəzi ölkələrdə internetə çıxışın nəzarət altında saxlanması kimi amillər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR