Bank Of Baku

Azərbaycanda qəzetlər çıxmayıb - YENİLƏNİB

Azərbaycanda qəzetlər çıxmayıb - <font color=red>YENİLƏNİB</font>
# 06 fevral 2010 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, qəzetlərin çap olunmamasına fevralın 5-də Azərbaycan Nəşriyyatının elektrik enerjisi ilə təchizatında yaranan problem səbəb olub. Azərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayılova APA-ya açıqlamasında dünən nə rəsmi, nə də müstəqil qəzetlərin çap olunduğunu söyləyib. Onun sözlərinə görə, nəşriyyata elektrik enerjisi fevralın 5-də axşam saat 20.00-dan sonra verilib: “Bu gün işıqlar sönməsə, qəzetlərin çapında hər hansı problem olmayacaq”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da APA-ya açıqlamasında dünən rəhbərlik etdiyi mətbuat orqanının çap olunmamasının elektrik enerjisinin təminatında yaranan problemlə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, bu gün problem yaranmasa, qəzet çap olunacaq.

“525-ci qəzet” isə çap olunub. Qəzetin redaksiyasından APA-ya bildirilib ki, özəl mətbəədə çap olunan qəzetin, sadəcə, yayımında problem yaranıb. Hava şəraiti ilə əlaqədar qəzetin satış nöqtələrinə vaxtında çatdırılması mümkün olmayıb. Qəzetin bugünkü sayının günün ikinci yarısında satışda olacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR