Bank Of Baku

MTRŞ sədri AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

MTRŞ sədri AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
# 11 fevral 2010 08:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli fevralın 11-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Cozef Debona Qrexlə görüşüb. MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, N. Məhərrəmli Azərbaycanda televiziya və radio sahəsində görülmüş işlər, rəqəmsal yayıma keçid, yeni yaradılan teleradio yayımçılarının fəaliyyəti və parlament seçkisi ərəfəsində seçkiqabağı təbliğat və təşviqatın aparılması qaydaları haqqında məlumat verib.

Şurası sədri qonaqları maraqlandıran sualları cavablandırıb. Görüşdə teleradio sahəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR