Bank Of Baku

2009-cu ildə dünyada 110 jurnalist həlak olub

2009-cu ildə dünyada 110 jurnalist həlak olub
# 11 fevral 2010 12:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Ötən il dünyada vəzifəsinin icrası zamanı 110 jurnalist ölüb. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Mətbuat İnstitutu (İPİ) illik hesabatında bildirib.
Hesabatda qeyd olunur ki, bu, son 10 ildə rekord göstəricidir. Jurnalistlər daha çox Asiyada (55) öldürülüb. Bunun ardınca isə Latın Amerikası (28) və Afrika (14) gəlir.
Ən çox jurnalistin həbs olunduğu ölkələrin siyahısına isə İran başçılıq edir. İranda 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi aksiyalar başlayandan 100-dən çox KİV təmsilçisi həbs olunub. Ötən il həbs edilən onlarla jurnalist hələ də həbsxanalarda məhkəmə qərarını gözləyir.
İPİ İraq, Əfqanıstan və Pakistan kimi münaqişə zonalarında KİV təmsilçilərinin vəziyyətindən də narahatlığını ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR