Bank Of Baku

Azərbaycanda yeni xəbər portalı yaradılıb

Azərbaycanda yeni xəbər portalı yaradılıb
# 11 fevral 2010 12:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın qərb zonasında – Gəncə şəhərində yeni xəbər portalı yaradılıb. “Realinfo.az” adlanacaq xəbər portalı, fevralın 15-dən fəaliyyətə başlayacaq. Bu barədə APA-ya portalın yaradıcıları bildirib. Məlumata görə, portalda, ən son xəbərlər, ölkədə və dünyada baş verən hadisələr, mediada baş hadisələr işıqlandırılacaq.
Qeyd olunub ki, portalın yaradılmasında məqsəd, Azərbaycanın qərb zonasında baş verən hadisələri, olayları ictimaiyyətə dəqiq və vaxtlı-vaxtında çatdırmaqdır. Bununla yanaşı portalın müxtəlif bölmələrində ziyalılara, sadə vətəndaşlara fikirlərini paylaşmaq üçün yer ayrılacaq.

Portalın təsisçisi və baş redaktoru jurnalist İkram Rafiqoğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR