Bank Of Baku

Azərbaycan Media Mərkəzində “İlin şəkilləri - 2009” beynəlxalq fotojurnalistika müsabiqəsindən seçilmiş işlər nümayiş olunacaq - FOTO

Azərbaycan Media Mərkəzində “İlin şəkilləri - 2009” beynəlxalq fotojurnalistika müsabiqəsindən seçilmiş işlər nümayiş olunacaq - <font color=red>FOTO</font>
# 11 fevral 2010 14:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Fevralın 18-dən martın 18-nə kimi Azərbaycan Media Mərkəzində “İlin şəkilləri - 2009” beynəlxalq fotojurnalistika müsabiqəsindən seçilmiş işlər nümayiş olunacaq. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, 50 fotoşəkildən ibarət sərgi Missuri Jurnalistika Məktəbi Universiteti və Azərbaycan Media Mərkəzi ilə əməkdaşlıq şəraitində səfirlik tərəfindən təşkil edilib.
“İlin şəkilləri - 2009” müsabiqəsi 1944-cü ildən Missuri Jurnalistika Məktəbi Universiteti tərəfindən keçirilir. Bu müsabiqə dünyanın hər yerindən ən yaxşı jurnalistləri tanımaq və vizual jurnalistikanın vacibliyini diqqət mərkəzinə gətirmək məqsədi daşıyır. “Biz Amerikada deyirik ki, şəkil min sözdən dəyərlidir və bu sərgidəki fotoşəkillərin əksəriyyəti adi sözlərlə ifadə edilə bilməyən xəbərləri çatdırır”- deyə ABŞ səfirliyinin sözçüsü Terri Devidson bildirib. T. Devidsonun fikrincə, Gürcüstan müharibəsi, prezident Barak Obamanın seçki kampaniyasından səhnəarxası görüntülər və Konqoda azyaşlı əsgərlərin dəhşətli həyatı kimi obrazları əks etdirməsindən asılı olmayaraq bu fotoşəkillər insanlara onları əhatə edən dünyanı daha yaxşı anlamağa imkan verir.
Sərgi mart ayının 18-nə kimi hər gün saat 10:00-dan 18:00-dək açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR