Bank Of Baku

Azərbaycanın daha iki bölgəsində kabel şəbəkəsinin yayımı ilə bağlı işlərə başlanıb

Azərbaycanın daha iki bölgəsində kabel şəbəkəsinin yayımı ilə bağlı işlərə başlanıb
# 11 fevral 2010 15:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Kabel televiziyaları artıq Bakı və Abşeron yarımadasının əksər hissəsini əhatə edir. Artıq Gəncə və Mingəçevir şəhərlərində də kabel şəbəkəsinin yayımı ilə bağlı işlərə başlanıb. Hazırda bu sahədə işlər davam edir. Son illər teleradio yayımı ilə bağlı kabel şəbəkəsinin inkişafı xüsusi qeyd olunmalıdır”. Bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, kabel televiziyaları xarici kanalların retranslyasiyasını həyata keçirirlər, yəni olduğu kimi həmin kanalları yayımlayırlar. Onların ümumi fəaliyyəti teleradio yayımı haqqında qanunvericiliyə uyğun tənzimlənir: “Kabel televiziyalarının fəaliyyətinə nəzarəti MTRŞ həyata keçirir. Əgər onların fəaliyyətində hər hansı qanunsuzluq aşkar olunarsa, təbii ki, ona qarşı tədbir görülməlidir. Hazırda kabel televiziyalarının fəaliyyətində ciddi qanun pozuntuları yoxdur və onlarla əməkdaşlığımız normaldır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR