Bank Of Baku

MTRŞ sədri: “Çox təəssüf ki, hələ də şou xarakterli verilişlərdə sünilik, bayağılıq və şitlik qalmaqdadır”

MTRŞ sədri: “Çox təəssüf ki, hələ də şou xarakterli verilişlərdə sünilik, bayağılıq və şitlik qalmaqdadır”
# 11 fevral 2010 15:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Radio və televiziyalarda monitorinqlər mütəmadi olaraq aparılır. Monitorinqin nəticələri sübut edir ki, 2009-cu ilin yayında aparılan müzakirələr müsbət təsirini göstərib”. Bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədrinin sözlərinə görə, televiziya və radiolarda verilişlərin keyfiyyətinə diqqət artırılıb: “Ən maraqlı cəhət odur ki, şou-biznes xarakterli verilişlərin həcmi artmır, azalır, onların yerini daha çox maarifçilik və məlumatlandırma xarakterli verilişlər tutur. Çox təəssüf ki, hələ də televiziya kanallarında şou xarakterli verilişlərdə sünilik, bayağılıq, şitlik qalmaqdadır. Bu kanallar daha çox xidmət sahələrində çalışan insanları bizə nümunə kimi göstərirlər ki, bu da doğru deyil. Daha çox intellektual və istehsal sahələrində çalışan insanlar bizə nümunə göstərilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR