Bank Of Baku

Tiflisdə azərbaycanlı jurnalistin yubileyi qeyd olunub

Tiflisdə azərbaycanlı jurnalistin yubileyi qeyd olunub
# 13 fevral 2010 15:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə “Varlıq” Mədəniyyət Mərkəzində azərbaycanlı jurnalist Emin Mahmudovun 70 illik yubileyi qeyd olunub. Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə bildirib. Onun sözlərinə görə, yubiley tədbirini “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri, şair Rafiq Hümbət açıb. Sonra “Meydan” jurnalının redaktoru Alxan Binnətoğlu yubilyarın həyat və yaradıcılığı barədə məlumat verib, onun uzun müddət Tiflisdə Azərbaycan dili radio verilişləri redaksiyasının rəhbəri kimi çalışdığını və görkəmli gürcü yazıçılarının əsərlərini orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev jurnalist Emin Mahmudova 70 illik yubileyi münasibəti ilə təbrik edib. Ona Heydər Əliyevin şəkli həkk edilmiş saat bağışlayıb. Yubiley tədbirində Azərbaycan və gürcü ziyalıları, Marneuli və Rustavi mədəniyyət mərkəzlərinin əməkdaşları və jurnalistlər iştirak ediblər.
Jurnalist Emin Mahmudov qonaqlara və qələm yoldaşlarına təşəkkürünü bildirib. Jurnalist deyib ki, bu günlərdə görkəmli gürcü yazıçısı Amiran Amirecibinin “Data Tutaşxiya” romanını Azərbaycan dilinə tərcümə edib və Tiflisdəki “Qafqaz Evi” nəşriyyatı bu əsəri nəşr edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR