Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri APA-nın qonağı olub - FOTOSESSİYA

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri APA-nın qonağı olub - <font color=red>FOTOSESSİYA</font>
# 17 fevral 2010 14:02 (UTC +04:00)
Amerikalı diplomat APA-nın baş direktoru Vüsalə Mahirqızı, baş direktorun müavini Nurşən Quliyev və agentliyin yaradıcı kollektivi ilə görüşüb.

Görüşdə Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqilliyi və problemləri müzakirə edilib. T. Devidson özünün keçmiş jurnalist təcrübəsindən və ölkəsində jurnalist fəaliyyətinin xüsusiyyətlərindən danışıb. O, beynəlxalq səviyyədə tanınmış agentliklərin Qafqazda çox da aktiv fəaliyyət göstərmədiyini, bu səbəblə dominant rolun yerli KİV-ə məxsus olduğunu deyib: “Mən APA-nı nail olduğu inkişaf və nailiyyət münasibətilə təbrik edirəm”.

Sualları cavablandıran T. Devidson bildirib ki, Azərbaycanda 2,5 illik fəaliyyəti zamanı KİV nümayəndələrinin işində yaxşılaşma müşahidə edib. V. Mahirqızı isə KİV rəhbərində menecer qabiliyyətlərinin də olmasını vacib sayıb. O, yazılı mətbuatın ən aktual problemləri kimi reklamın olmamasını, jurnalistlərin əmək haqlarının azlığını göstərib: “Hazırda çoxları elektron KİV-də və internetdə reklam yerləşdirməyə üstünlük verir. Çünki internetə çıxış daha çoxdur. Qəzetlərin tirajı isə məlumdur və nə qədər qəzetin satıldığını izləmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR