Bank Of Baku

Dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıya toplaşacaq

Dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıya toplaşacaq
# 17 fevral 2010 17:08 (UTC +04:00)
Bakı – APA. Avropa Yayım Birliyi (AYB) Baş Assambleyasının iyun ayında Bakıda keçiriləcək 64-cü sessiyası ilə bağlı təşkilati işlərə başlanıb. İctimai Teleradiodan APA-ya verilən məlumata görə, AYB-nin inzibati məsələlər üzrə katibi Erik Kempbel və qurumun əlaqələndirmə məsələləri üzrə məsul nümayəndəsi Avril Mahon Azərbaycana gəliblər. Qonaqlar İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşüblər. E. Kempbel İctimai Teleradionun tədbirin təşkili ilə bağlı apardığı hazırlığı yüksək qiymətləndirib. O bildirib ki, 3 gün davam edəcək sessiya çərçivəsində dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıda jurnalistika, ictimai yayım, gələcək maliyyələşmə modelləri, internet və media dünyası barədə müzakirə aparacaqlar. İ. Ömərov isə deyib ki, ev sahibi olaraq İctimai Teleradio üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR