Azərbaycan Mətbuat Şurası: “Bəzi “reket nəşrlər”in arxasında dövlət məmurları dayanırlar”
Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri və şikayətləri ictimai sifariş kimi dəyərləndirərək «reket nəşr»lərə qarşı ardıcıl və prinsipial mübarizə aparmaqdadır. Ölkə jurnalistlərinin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qurumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması üçün təşəbbüs və təkliflərini irəli sürüb. Nəticədə Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası formalaşdırılıb. Peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mətbuatın «qara siyahı»sı tərtib edilib. Konkret şikayət və müraciətlər əsas götürülərək Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür”.
MŞ bildirib ki, bu siyahıya daxil olanlar qurumu hədələmək yolu tutublar. Bəyanatda qeyd olunub ki, əməllərini yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri də var: “ Xüsusən «Gündəlik Bakı» və «Təzadlar» qəzetləri, həmçinin «Mozalan» jurnalı kimi bütün sərhədləri aşan nəşrlər də mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər”.
Bəyanatda daha sonra bildirilib: “Mətbuat Şurası bəzi «reket nəşr»lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır”.
Şura bildirib ki, quruma qarşı göstərilən bütün təsir və təzyiq cəhdləri mənasız və əbəsdir.
Qurum «reket qəzetlər»ə gizli şəkildə maddi və mənəvi dəstək verənlərin mövqelərini pisləyib, bu kimi halları ölkədə sivil jurnalistika mühiti yaratmaq istəklərinə, media sahəsində aparılan sistemli və ardıcıl fəaliyyətə zidd hərəkətlər kimi dəyərləndirib.
MŞ Azərbaycanın ziyalılarını, həqiqi jurnalistləri və bütövlükdə ictimaiyyəti jurnalistikamızı ləkələyənlərə və mətbuatdan çirkin məqsədlərlə istifadə edənlərə qarşı birgə mübarizədə Mətbuat Şurasına daha sıx dəstək verməyə çağırıb.
Həmçinin dövlət orqanlarını, hüquq-mühafizə, vergi, maliyyə və digər qurumları «reket nəşr»lərdə dərc olunan mətbu nümunələrə əsasən apardıqları yoxlamalara ehtiyatla yanaşmağa çağırıb.
MŞ oxucuları, bütövlükdə vətəndaşların qurumun qərarlarına daim hörmət və etimadla yanaşdığını, dəstək olduğunu nəzərə alaraq mediamızın təmizliyi uğrunda mübarizəsini davam etdirəcəyini bəyan edib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib