Bank Of Baku

Yəmənli jurnalist evində güllələnib - FOTO

Yəmənli jurnalist evində güllələnib - <font color=red>FOTO</font>
# 18 fevral 2010 10:27 (UTC +04:00)
Bakı-APA. Yəmənin “Al Qaira” aylıq qəzetində çalışan jurnalist Məhəmməd Şui al-Rabui ölkənin şimal-qərbində, Beni Qaisdə yaşadığı evdə beş nəfər naməlum şəxs tərəfindən güllələnib. Bu barədə APA-ya Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən bildirilib. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) BAMF-yə bildirilib jurnalistin çalışdığı qəzet ölkənin əsas aparıcı müxalifət partiyası olan “İslam İslahatçıları” tərəfindən nəşr olunur. M. Şui al-Rabuinin qəzetdə yerli cinayətkar dəstənin fəaliyyəti haqqında bir neçə tənqidi yazısı çap olunub.

BMİ-nin direktoru Deyvid Dədc baş vermiş qətl hadisəsindən təəssüfləndiyini deyərək, Yəmən hakimiyyətindən qatillərin tapılmasını tələb edib.

Qeyd edək ki, 2009-cu ildə Yəməndə yerli quldur dəstənin 5 üzvü hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə də, az sonra onlar azadlığa buraxılıblar. Ölkədəki jurnalistlər, siyasi partiyalar və insan haqları ilə bağlı qurumlar buna görə Yəmən hakimiyyətini kəskin ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR