Bank Of Baku

İnternetdə yayıma başlayan “Canaz” televiziyasının təqdimatı keçirilib

İnternetdə yayıma başlayan “Canaz” televiziyasının təqdimatı keçirilib
# 23 fevral 2010 08:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İnternetdə yayıma başlayan “Canaz” (Can Azərbaycan) televiziyasının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, türkoloq alim Ramiz Əsgər deyib ki, bu il fevralın 1-dən Türkiyədən yayıma başlayan bu televiziyanın əsas məqsədi Azərbaycanı təbliğ etmək və dünyaya tanıtmaqdır. O bildirib ki, televiziya internetdən yayımlansa da, qarşıda daha geniş layihələr nəzərdə tutulur.

“Canaz” televiziyasının rəhbəri Camal Məmmədxanoğlu əvvəlcə peyk vasitəsilə yayımlanan televiziya almaq istədiyini və Türkiyədə satışa çıxarılan bir sıra telekanallarla danışıqlar apardığını açıqlayıb: “Amma bunların ən ucuzu 1 milyon dollar idi və bizim bu televiziyaları almaq üçün maddi imkanımız çatmadı. Amma bu işə bir yerdən başlamaq lazım idi və buna görə də ilk olaraq internet televiziyası yaratdıq. Bu, pul qazanmaq üçün yaradılan bir televiziya deyil”.

C. Məmmədxanoğlu “Canaz”ın heç bir siyasi partiyanın təsirində olmayacağını və bütün siyasi qüvvələrə bərabər yer ayıracağını qeyd edib. Onun sözlərinə görə, tam müstəqil fəaliyyət göstərəcək televiziyanın əsas məqsədi türk dünyası ilə bağlı məlumatlar yamaqdır: “Amma biz gələcəkdə - ən geci bu ilin sonuna kimi peykdən yayımlanmaq barədə düşünürük”.

Televiziya rəhbəri hazırda gün ərzində 12 saat yayımda olduqlarını və yaxın gələcəkdə 24 saatlıq yayıma keçəcəklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR