Bank Of Baku

APA-nın əməkdaşı Dağlıq Qarabağ separatçılarının nümayəndəsini Xocalı qurbanlarının xatirəsini yad etmək üçün ayağa qalxmağa məcbur edib

APA-nın əməkdaşı Dağlıq Qarabağ separatçılarının nümayəndəsini Xocalı qurbanlarının xatirəsini yad etmək üçün ayağa qalxmağa məcbur edib
# 25 fevral 2010 16:58 (UTC +04:00)
Bakı – APA. Rusiyanın “Rosbalt” İnformasiya Agentliyində “Dağlıq Qarabağ: həll olunmamış problem” mövzusunda dəyirmi masa keçirilib. Lakin dəyirmi masa ilə bağlı bir gün əvvəl yayılan press-reliz Moskvadakı Azərbaycan KİV nümayəndələrinin təəccübünə səbəb olub. APA-nın Moskva müxbiri Roman Ağayev iştirakçılar arasında “Dağlıq Qarabağ Respublikası xarici işlər nazirinin müşaviri” kimi təqdim olunan Ruben Zarqaryan adlı şəxsin olmasına etirazını bildirib. Etirazlara baxmayaraq, təşkilatçılar tədbiri ləğv etməyiblər. Bundan başqa, onlar bu cür provokasion tədbirin Xocalı soyqırımının ildönümü ilə üst-üst düşməsindən xəbərdar olub-olmadıqları ilə bağlı suala cavablarında bundan xəbərdar olduqlarını, lakin həftənin dördüncü günləri redaksiyada ənənəvi olaraq mətbuat konfransları keçirildiyi üçün dəyirmi masanı bu günə saldıqlarını deyiblər.

Tədbirdə çıxış edən R. Zarqaryan ermənilərin ənənəvi mövqeyini bir daha təkrarlayıb. R. Ağayev iştirakçıları Xocalıda erməni faşistləri tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Bu zaman R. Zarqaryan da ayağa qalxmağa məcbur olub. Bundan başqa, azərbaycanlı jurnalist iştirakçılara Xocalı haqqında böyük materialın dərc olunduğu “İrs-Naslediye” jurnalını və özünün “Erməni faşizmi” adlı sənədli filminin surətini paylayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR