Bank Of Baku

Azərbaycan prezidenti “AzərTAc” dövlət agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb - SİYAHI

Azərbaycan prezidenti “AzərTAc” dövlət agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb - <font color=red>SİYAHI</font>
# 26 fevral 2010 15:49 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, A. Aslanov Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycanda KİV-in inkişafında xidmətlərinə görə və “AzərTAc”ın 90 illiyi ilə əlaqədar aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif olunublar:

Abdullayeva Sevinc Nazim qızı
Əliyev Sabir Yunis oğlu
Seyidov Vüqar Nadir oğlu
Ağayev Adil Saday oğlu
Axundova Ayşə İsgəndər qızı
Mehrəliyeva Şəfəq Akif qızı
Kazımov Qulu Nadir oğlu
Əliyeva Salihat Şamil qızı
Ağazadə Zeynal Fərrux oğlu

Dövlət başçısı Azərbaycanda KİV-in inkişafında böyük xidmətlərinə görə Əliyeva Elmira İsmayıl qızına Azərbaycan prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR