Bank Of Baku

AzərTAC-ın yaranmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

AzərTAC-ın yaranmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 mart 2010 11:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAC –ın yaranmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə dövlət nümayəndələri, millət vəkilləri, Azərbaycanın və xarici ölkələrin media təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzərTAC-ın əməkdaşlarına ölkə prezidenti İlham Əliyevin təbrikini çatdırıb. Ə. Həsənov AzərTAC-ın Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu deyib. Heydər Əliyevin AzərTAC-ın dünyanın ən böyük agentliklərindən birinə çevrilməsi arzusunda olduğunu deyən Ə. Həsənov bu gün həmin arzunun reallaşdığını vurğulayıb: “AzərTAC Azərbaycan tarixinin ən böyük şahididir. Onun bülletenlərində təkcə tarix deyil, tarixin dərslərindən nəticə çıxarmaq tərəfləri də var. Biz AzərTAC-ın xarici ölkələrdə olan əməkdaşlarına təkcə jurnalist deyil, həm də diplomat kimi baxırıq”.

PA-nın şöbə müdiri AzərTAC-ın Azərbaycan tarixinin sənədli xronikasını yaratdığını da bildirib.

Agentliyin baş direktoru Aslan Aslanov isə AzərTAC-ın yaranmasından, sovet dövründəki fəaliyyətindən, inkişaf mərhələlərindən danışıb. Onun sözlərinə görə, SSRİ dövründə agentliyin adı bir neçə dəfə dəyişdirilsə də, mahiyyəti dəyişməyib. O, hazırda AzərTAC-ın dünyanın ən aparıcı agentlikləri ilə əməkdaşlıq etdiyini, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinə (TKA) üzv olduğunu və onların bəzilərinin təsisiçisi kimi çıxış etdiyini vurğulayıb.
A. Aslanov AzərTAC-ın 90 illik yubileyinə dünyanın 13 ölkəsinin rəsmi dövlət agentliyinin rəhbərinin qatıldığını bildirib.

Tədbirdə Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu Ajansı agentliklərinin rəhbərləri və digər şəxslər çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR