Bank Of Baku

ATƏT-in media azadlığa üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin səlahiyyət müddəti başa çatır

ATƏT-in media azadlığa üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin səlahiyyət müddəti başa çatır
# 04 mart 2010 14:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Martın 10-da ATƏT-in media azadlığa üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin səlahiyyət müddəti başa çatacaq. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M. Haraşti martın 4-də bu vəzifədə son hesabatını ATƏT-in Daimi Şurasına təqdim edib.

Qeyd edək ki, macarıstanlı yazıçı, jurnalist, insan haqları müdafiəçisi M. Haraşti 2004-cü ildə ATƏT-in media azadlığa üzrə xüsusi nümayəndəsi təyin edilib və 2007-ci ildə ikinci müddətə bu vəzifəyə seçilib. Onu əvəzləyəcək şəxs bütün ATƏT üzvlərinin konsensusu əsasında təyin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR